satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Albaniyaya “Bayraktar TB2” PUA-ları verəcək

Türkiyə Albaniyaya “Bayraktar TB2” PUA-ları verəcək

Türkiyə Albaniyaya “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) verəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Albaniya hökuməti ilə “Baykar Teknoloji” şirkəti arasında müqavilə imzalanıb.

Paytaxt Tiranada təşkil edilən imzalanma mərasimində çıxış edən Albaniyanın Baş naziri Edi Rama Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Mərasimdə Albaniyanın müdafiə naziri Niko Peleşi, Türkiyənin Tirandakı səfiri Tayyar Kaan Atay və Baykar Texnologiya baş direktoru Haluk Bayraktar da iştirak edib.
Bununla da Albaniya bu PUA-ları alan 27-ci ölkə olub.

Bildirilib ki, ilkin mərhələdə 3 ədəd “Bayraktar TB2” PUA Albaniyaya çatdırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM