satellite   Azerspace-1: 11135 H 30000

Taliban qadınların ali təhsil almasını qadağan edib

Taliban qadınların ali təhsil almasını qadağan edib

Əfqanıstanda qadınların ali təhsil müəssisələrinə daxil olmasına icazə verilməyəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Əfqanıstan Təhsil Nazirliyi məlumat yayıb.

Taliban hərəkatının nəzarəti altında olan nazirlik bildirib ki, qadın tələbələrin növbəti bildirişə qədər ölkə universitetlərinə daxil olması qadağan edilib.

Dövlət və özəl universitetlərə Nazirlər Kabinetinin qərarına uyğun olaraq qadın tələbələrə girişi dərhal dayandırmaq tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM