satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verəcək

ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verəcək

ABŞ ilk dəfə olaraq Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu 1,8 milyard dollar həcmində hərbi yardım göndərəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Associated Press agentliyinə istinadla xəbər verir ki, yeni yardım paketinin bu gün elan olunacağı gözlənilir. Buraya, həmçinin yüksək dəqiqliyə malik “Joint Direct Attack” bombaları, minlərlə artilleriya və minomyot mərmiləri, yük avtomobilləri və hava-yer sinfindən olan HARM raketləri daxildir.

“Patriot” zenit raket komplekslərinin Ukraynaya veriləcəyi dəqiq tarix bəlli deyil, belə ki, ukraynalı hərbçilər həmin sistemləri idarə etmək üçün təlim keçməlidir. Almaniyanın “Grafenwohr” poliqonunda keçiriləcək təlimlərin bir neçə həftə davam edəcəyi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM