satellite   Azerspace-1: 11135 H 30000

Rumıniya “Watchkeeper X” dronlarının istehsalına başlayıb

Rumıniya “Watchkeeper X” dronlarının istehsalına başlayıb

Rumıniya “Watchkeeper X” dronlarının istehsalına başladığını elan edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, istehsal olunacaq pilotsuz təyyarələr Rumıniya ordusunun sərəncamına veriləcək.

Qeyd olunub ki, bununla əlaqədar Rumıniya Müdafiə Nazirliyinin tabeliyindəki “Romtehnica” şirkəti ilə İsrailin “Elbit Systems” şirkətinin nümayəndələri 380 milyon avro dəyərində yeddi ədəd “Watchkeeper X” dron sisteminin tədarükünə dair çərçivə sazişi imzalayıblar.

Qeyd olunub ki, “UAS Watchkeeper X” dronları üçün texniki xidmətlərlə bağlı əməliyyatlar Rumıniyanın milli müdafiə sənayesi şirkətləri tərəfindən həyata keçiriləcək ki, bununla da böhran və ya müharibə vəziyyətlərində bu əməliyyatların sərhəddən kənarda aparılmasına ehtiyac qalmayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM