satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ukraynaya 1,8 milyard dollar dəyərində hərbi yardım edəcək

ABŞ Ukraynaya 1,8 milyard dollar dəyərində hərbi yardım edəcək

ABŞ Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu 1,8 milyard dollar dəyərində hərbi yardım göndərəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında bildirilib. Məlumata görə, yardımın 1 milyardı ABŞ Dövlət Departamenti, 850 milyon dollar isə Pentaqon vasitəsilə ayrılacaq.

Həmçinin Ağ evin mətbuat xidməti ABŞ Prezidentinin Kiyevə 1 milyard dollar vəsaitin ayrılması haqqında sərəncamını dərc edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM