satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Ukraynada 100 min hərbçi, 3000-dən çox tank, 6000-ə yaxın zirehli texnika itirib

Rusiya Ukraynada 100 min hərbçi, 3000-dən çox tank, 6000-ə yaxın zirehli texnika itirib

Ukraynada müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 100 mindən çox şəxsi heyəti məhv edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bundan başqa, Rusiya ordusu 3000-dən çox tank, 6000-ə yaxın zirehli texnika itirib.

Məlumata görə, Ukrayna ordusu son sutkada Rusiya qüvvələrinin Donetsk və Luqansk vilayətləri istiqamətində 16 yaşayış məntəqəsinə hücumunu dəf edib.

Ötən sutka Rusiya ordusu Zaporojye vilayətinin mülki obyektləri də daxil olmaqla Ukrayna ərazisinə 6 raket və 15 aviazərbə endirib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri 2022-ci il fevralın 24-də “xüsusi əməliyyat” adı altında Ukraynaya qarşı müharibəyə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM