satellite   Azerspace-1: 11135 H 30000

NATO-nun Baş katibi BVF-in yeni rəhbəri ola bilər

NATO-nun Baş katibi BVF-in yeni rəhbəri ola bilər

NATO-nun Baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri ola bilər. Bu barədə Norveçin TV2 telekanalı NATO-dakı mənbəyə istinadla məlumat yayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Stoltenberqin yeni vəzifəyə təyin olunması onun Şimali Atlantika Alyansının rəhbəri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra ola bilər. Stoltenberqin 2023-cü il oktyabrın 1-də bu NATO-nun Baş katibi vəzifəsindən gedəcəyi gözlənilir.

Telekanal mənbəyə istinadla bildirib ki, ABŞ Stoltenberqi Beynəlxalq Valyuta Fondunun rəhbəri kimi görmək istəyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM