satellite   Azerspace-1: 11135 H 30000

Avropada min kubmetr qazın qiyməti 1000 dollardan aşağı düşüb

Avropada min kubmetr qazın qiyməti 1000 dollardan aşağı düşüb

Avropada dekabrın 22-də keçirilən hərracın gedişində mavi yanacağın min kubmetrinin qiyməti 7 faiz ucuzlaşaraq oktyabrın 26-dan bəri ilk dəfə 1000 dollardan aşağı enib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın yanvar fyuçersinin qiyməti 999,6 dollardır.

Qiymətin ucuzlaşması bir neçə amillə izah olunur. Bu həftə Avropa ölkələrinin əksəriyyətində havanın temperaturu iqlim göstəricisindən yüksəkdir ki, bu da anbarlardan qaz götürülməsi tempini zəiflədib. Bundan başqa, ötən həftə qeydə alınan rekord istehlaka baxmayaraq, Avropanın yeraltı anbarlarında qaz ehtiyatları yüksək səviyyədə qalır. Hazırda anbarlardakı qazın həcmi 83,18 faiz (90 milyard kubmetrdən bir qədər az) təşkil edir ki, bu da son beş ilin həmin tarix üçün orta göstəricisindən 10,27 faiz çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM