satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan 2023-cü ildə minimum əmək haqqının artacağını açıqlayıb

Ərdoğan 2023-cü ildə minimum əmək haqqının artacağını açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 2023-cü ildə minimum əmək haqqının artacağını açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə lideri həmkarlar ittifaqı nümayəndələrinin və maliyyə naziri Nurəddin Nəbatinin iştirak etdiyi mətbuat konfransında bildirib ki, gələn il yanvarın 1-dən minimum əmək haqqı xalis 8506 türk lirəsi (artım 54,66%) olacaq.

"Həm işəgötürənlərin, həm də işçilərin maraqlarını qorumaq bizim üçün vacibdir. Hökumət minimum əmək haqqının qarşılıqlı məqbul həllinə nail olmaq üçün səmimi addımlar atıb", - deyə R.T.Ərdoğan bildirib.

Bununla yanaşı, Türkiyə lideri hökumətin inflyasiya səviyyəsini azaltmaqda qətiyyətli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Türkiyədə inflyasiya bu aydan etibarən azalmağa başlayacaq: "2023-cü ilin ortalarında inflyasiya 30 faizə çatacaq, gələn ilin sonunda isə 20 faizə enəcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM