satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna MN: "Rusiyada 200-ə yaxın İran PUA-sı qalıb"

Ukrayna MN: "Rusiyada 200-ə yaxın İran PUA-sı qalıb"

Rusiya qoşunlarında sonuncu partiyadan 200-ə yaxın İran istehsalı olan pilotsuz uçan aparat (PUA) qalıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bunu Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk “Azadlıq” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya İrandan 250-yə yaxın dron alıb və Rusiya hərbçiləri onlara qənaət etmirlər:

“Biz 200-ə yaxın PUA-nın qaldığını təxmin edirik”.

N. Qumenyuk əlavə edib ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin İranın bu pilotsuz aparatlarını uğurla vurduqlarını başa düşürlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM