satellite   Azerspace-1: 11135 H 30000

G7 qrupu qış mövsümündə də Ukraynaya yardımları davam etdirəcək

G7 qrupu qış mövsümündə də Ukraynaya yardımları davam etdirəcək

G7 qrupu Ukraynaya yardımları, o cümlədən cari qış mövsümü ərzində lazım olan köməyi davam etdirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə razılaşma G7 ölkələri xarici işlər nazirlərinin onlayn formatda keçirilən görüşü zamanı əldə olunub.

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bəyan edib ki, Rusiyanın-Ukraynaya münaqişəsi davam etdiyinə görə, G7 ölkələri bu istiqamətdə əməkdaşlığı gücləndirməlidir. Cari ildə keçirilən sayca 11-ci görüşdə nazirlər, həmçinin Rusiyanın Ukraynanın mülki obyektlərini, xüsusən elektrik enerjisi stansiyalarını hədəfə almasını kəskin pisləyiblər.

Y.Hayaşi bildirib ki, G7 qrupuna sədrlik edən Yaponiya gələn il də status-kvonun birtərəfli qaydada dəyişdirilməsinə göstərilən cəhdlərə qarşı ciddi mübarizə aparmaq niyyətindədir.

Həmkarlarına ötən həftə Yaponiyanın Milli Təhlükəsizlik Strategiyasını qəbul etdiyini xatırladan nazir qeyd edib ki, bu sənəd ölkəyə ehtiyac yarandığı təqdirdə cavab zərbələri endirmək hüququ verəcək. Bu zərbələr özünümüdafiə xarakteri daşıyacaq və heç vaxt qabaqlayıcı olmayacaq.

Y.Hayaşi, həmçinin bildirib ki, Yaponiya qanunun aliliyinə əsaslanan azad və açıq beynəlxalq qaydaların dəstəklənməsi üçün diplomatik səylərini artıracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM