satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada güclü qar səbəbindən ölənlərin sayı 8-ə çatıb, 45 nəfər yaralanıb

Yaponiyada güclü qar səbəbindən ölənlərin sayı 8-ə çatıb, 45 nəfər yaralanıb

Yaponiyanın Niiqata prefekturasında ötən həftənin sonu və bu həftənin əvvəlində yağan güclü qar səbəbindən ölənlərin sayı 8-ə çatıb, 45 nəfər yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-lərə istinadla bildirir ki, dövlət qurumlarının verdiyi məlumata görə, elektrik enerjisinin verilməsində yaranan fasilələr səbəbindən qatarların hərəkətində gecikmələr yaranıb. Şimane, Xirosima, Koçi və Hokkaydo bölgələrində qarın qalınlığının mövsüm normalarının üzərində olduğu və qarın davam edəcəyi qeyd edilib. Magistral yollarda 30 kilometrə qədər tıxaclar yaranıb. Yağıntıların intensiv olduğu Yapon dənizi ilə həmsərhəd bölgələrdə əsas ərzaq məhsullarının əvvəlcədən tədarükü və zərurət olmadıqca çölə çıxmamaqla bağlı əhaliyə çağırış edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM