Prezident Vladimir Putin Rusiya iqtisadiyyat və ordusunu o səviyyədə zəiflədib ki, onun supergüc statusunun bərpasına 30 il lazım olacaq.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu “The Times” yazıb.
Bildirilib ki, Ukraynada 100 mindən çox Rusiya hərbçisi ölüb:
“Kreml dövlətinin illik büdcəsinin dörddəbirini müharibəyə xərcləyib”.
Qəzetin yazdığına görə, Ukrayna Rusiya tanklarının yarısını məhv edib: “Moskva raket, sursat və mərmi ehtiyatını qısa bir zamanda istifadə etdi”.
Britaniya hökumətindəki yüksək vəzifəli mənbələrindən biri “The Times”a bildirib ki, iqtisadi və hərbi gücünü bərpa etmək üçün Rusiyaya 20-30 il lazım ola bilər.
