satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-da çovğunda ölənlərin sayı 23-ə çatıb

ABŞ-da çovğunda ölənlərin sayı 23-ə çatıb

ABŞ-da qar fırtınası səbəbindən azı 23 nəfər ölüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

İnsan itkisi Viskonsin, Kanzas, Kentukki, Kolorado, Missuri, Miçiqan, Nebraska, Nyu-York, Ohayo, Oklahoma və Tennessi ştatlarında qeydə alınıb. Daha əvvəl 16 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, şənbə günü ABŞ-da pis hava şəraiti səbəbindən 2,3 mindən çox reys ləğv edilib.

Qar fırtınasına görə ölkədə 240 minə yaxın istifadəçi işıqsız qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM