satellite   Azerspace-1: 11135 H 30000

KİV: “Rusiya dronlar müqabilində İrana “Su-35” eskadrili ötürə bilər”

KİV: “Rusiya dronlar müqabilində İrana “Su-35” eskadrili ötürə bilər”

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Rusiya “Şahid” kamikadze pilotsuz uçan aparatları müqabilində tezliklə İrana 24 ədəd “Su-35” döyüş təyyarəsi verə bilər.

Telekanalın Moskva ilə Tehran arasında hərbi əməkdaşlığı izləyən Qərb kəşfiyyatındakı mənbələrinin məlumatına görə, söhbət əvvəldən Misir üçün nəzərdə tutulan 24 qırıcıdan gedir.

Bildirilib ki, ABŞ Qahirəni sövdələşmədən imtina etməyə razı salıb, rusiyalılar isə təyyarələr üçün alıcı axtarırmış. Beləliklə, İran dronlar verməyə başlayandan sonra Rusiya bu ölkəyə təyyarə satmağa qərar verib.

Qərb kəşfiyyatının məlumatına görə, iranlı pilotların yeni təyyarələrdə təlimi tam sürətlə davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM