Misirdə idman komplekslərinin birində keçirilən basketbol oyunu zamanı tamaşaçıların olduğu tribunalardakı dəmir baryer çöküb.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, hadisə zamanı 27 nəfər yaralanıb.
Misir Superkuboku çərçivəsində keçirilən “Əl-İttihat” - “Əl-Əhli” matçı hadisəyə görə ləğv edilib.
Ölkənin Səhiyyə Nazirliyi hadisə zamanı xəsarət alan 27 nəfərin həyati təhlükəsinin olmadığı barədə məlumat yayıb.
