satellite   Azerspace-1: 11135 H 30000

Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

ABŞ Prezidenti Co Bayden qar fırtınası ilə əlaqədar Nyu-York ştatında fövqəladə vəziyyət elan edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ evin saytındakı açıqlamada bildirilib.

Qeyd olunub ki, Bayden ölkənin Daxili Təhlükəsizlik Departamentinə və ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin mütəxəssislərinə sakinlərə kömək etmək tapşırığı verib.

Xatırladaq ki, ötən həftə ABŞ ərazisinin böyük bir hissəsi güclü külək və qar yağması ilə müşayiət olunan fırtınaya məruz qalıb. Bir çox ştatlarda temperatur rekord həddə aşağı düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM