satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: “Ukraynada 9 milyona yaxın insan işıqsız qalıb”

Zelenski: “Ukraynada 9 milyona yaxın insan işıqsız qalıb”

“Ukraynada 9 milyona yaxın insan işıqsız qalıb”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yayımladığı videomüraciətində bildirib.

“Elektrik enerjisi qıtlığı hələ də qalmaqdadır. Elektrik enerjisinin kəsilməsi hələ də davam edir. Bu gün axşam saatlarına kimi Ukraynanın müxtəlif bölgələrində 9 milyona yaxın insan elektrik enerjisiz qalıb”, - Ukrayna dövlət başçısı deyib.

Daha əvvəl Ukrayna Ali Radasının energetika və mənzil-kommunal təsərrüfat komitəsinin rəhbəri Andrey Qerus məlumat vermişdi ki, bu ölkənin enerji sistemini sabitləşdirmək üçün kiçik elektrik stansiyaları şəbəkəsinin yaradılmasına hazırlıq görülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM