satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Hərbi Dəniz Qüvvələri “CH-53K” helikopterlərinin tammiqyaslı istehsalına icazə verib

ABŞ Hərbi Dəniz Qüvvələri “CH-53K” helikopterlərinin tammiqyaslı istehsalına icazə verib

ABŞ Hərbi Dəniz Qüvvələri “Sikorsky CH-53K King Stallion” (“Royal Stallion”) ağır hərbi nəqliyyat helikopterlərinin tammiqyaslı istehsalına icazə verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə istehsalçı “Lockheed Martin”in saytında məlumat verilib.

“Lockheed Martin”in bu cür təyyarələrin istehsalı proqramının direktoru Bill Falkın sözlərinə görə, “dünyanın texnoloji cəhətdən ən inkişaf etmiş helikopterinin istehsalının genişləndirilməsi ABŞ Dəniz Piyadaları Korpusuna “CH-53K” donanmasını əlavə etməyə və öz missiyasının uğuruna töhfə verməyə imkan verir”.

O qeyd edib ki, Hərbi Dəniz Qüvvələrinin “CH-53K”nın genişmiqyaslı istehsalına sadiqliyi bu helikopterlər üçün müxtəlif komponentlər təmin edən “200-dən çox müəssisənin şəbəkəsinə inamı ruhlandırır”, həmçinin həm ABŞ hökuməti, həm də bu maşınları əldə edən Vaşinqtonun tərəfdaşları üçün xərcləri azaldır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM