satellite   Azerspace-1: 11135 H 30000

Rusiya qiymət həddi tətbiq edən ölkələrə neft satmayacaq

Rusiya qiymət həddi tətbiq edən ölkələrə neft satmayacaq

Prezident Vladimir Putin Rusiya neftinə qiymət həddi qoyan ölkələrə neft və neft məhsullarının satışını qadağan edən fərman imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, sənəd gələn il fevralın 1-dən iyunun 1-dək qüvvədə olacaq. Eyni zamanda, sənədin ayrıca bəndində Rusiya Prezidentinə fərmandan istisnalar tətbiq etmək səlahiyyəti verilir.

Xatırladaq ki, dekabrın 5-də Avropa İttifaqı, G7 ölkələri və Avstraliya dəniz yolu ilə daşınan Rusiya neftinin bir barelinin qiymətinin 60 dollar məbləğində müəyyən olunması barədə qərar qəbul edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM