satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın Xerson vilayəti atəşə tutulub, yaralananlar var

Ukraynanın Xerson vilayəti atəşə tutulub, yaralananlar var

Ukraynanın Xerson vilayətinin Kizomıs kəndi bu gün Rusiya Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko “Telegram”da məlumat verib.

O bildirib ki, atəş nəticəsində 3 nəfər ağır yaralanıb və onların arasında 14 yaşlı yeniyetmə də var.

“Yaralılar xəstəxanaya çatdırılıb”, - deyə Timoşenko əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM