satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstan Prezidenti məmurları sənəd dövriyyəsində qırğız dilinə keçməyə çağırıb

Qırğızıstan Prezidenti məmurları sənəd dövriyyəsində qırğız dilinə keçməyə çağırıb

Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə fəaliyyət göstərən idarələri sənəd dövriyyəsində qırğız dilinə keçməyə çağırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Qırğızıstan mediasına istinadla xəbər verir ki, dövlət başçısı bu müraciəti hökumətin iclasında səsləndirib.

"Dövlət dilinin inkişafı dövlət idarələrinin fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilməlidir. Biz ölkə vətəndaşlarının dövlət dilində sərbəst danışıb yaza bilməsinə şərait yaratmalıyıq. Respublikada 100-dən çox etnosun nümayəndələri yaşayır, dövlət dili birləşmək üçün əsas olmalıdır”, - deyə Sadır Japarov bildirib.

Qırğızlar olaraq, sənəd dövriyyəsini rus dilində aparmağın düzgün olmadığını qeyd edən Prezident deyib: “İdarələrdə sənəd dövriyyəsinin ən azı 50 faizi dövlət dilində aparılmalıdır".

Qırğızıstan Konstitusiyasında rus dilinə rəsmi dil statusu verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM