satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın elektrik sistemində enerji qıtlığı daha da artıb

Ukraynanın elektrik sistemində enerji qıtlığı daha da artıb

Elektrik stansiyalarının bəzi bloklarının fəaliyyətinin dayanması səbəbindən Ukraynada enerji qıtlığı daha da artıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ukrinform informasiya agentliyinə istinadla xəbər verir ki, “Ukrenerqo” bu barədə feysbuk səhifəsində məlumat yayıb.

“Dekabrın 28-nə olan vəziyyətə görə, sistemdə elektrik enerjisi qıtlığı artıb. Bu, şərq regionunda qaz infrastrukturunun atəşə tutulması nəticəsində elektrik stansiyalarının bəzi bloklarının fəaliyyətinin dayanması ilə bağlıdır”, - deyə məlumatda bildirilir.

Buna baxmayaraq, havaların nisbətən isti keçməsi səbəbindən artıq dördüncü gündür ki, gecə saatlarında istehlak məhdudiyyəti tətbiq olunmur. Lakin sistemin mövcud imkanları hələ də ölkədəki istehlakçıların tələbatını tam ödəməyə kifayət etmir. Bu səbəbdən bütün bölgələrdə istehlak limitləri tətbiq olunub.

Ukraynanın enerji sistemi son üç ay ərzində Rusiya ordusunun doqquz raket və 12 PUA hücumuna məruz qalıb. Nəticədə generasiya qurğularına və ötürücü sistemlərə böyük zərər dəyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM