satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada hərbi hissədə partlayış və yanğın olub

Rusiyada hərbi hissədə partlayış və yanğın olub

Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhəri yaxınlığındakı Persianov qəsəbəsində yerləşən 150-ci motoatıcı diviziyanın hərbi hissəsində partlayış və yanğın olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi yerli KİV-ə istinadən xəbər verir ki, hərbi hissənin korpuslarından biri tamamilə yanıb.

Hadisənin yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilib. Rəsmi qurumlar yanğınla bağlı açıqlama yaymayıb.

Məlumata görə, hərbi hissə 2016-cı ildə istifadəyə verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM