satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreya KXDR-in hər PUA-sına qarşı iki-üç PUA göndərəcək

Cənubi Koreya KXDR-in hər PUA-sına qarşı iki-üç PUA göndərəcək

Koreya Respublikasının Prezidenti Yun Sok Yol Cənubi Koreyanın hava məkanına daxil olan hər Şimali Koreya PUA-sına (pilotsuz uçuş aparatı) qarşı iki-üç PUA göndərməyi tapşırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Yonhap agentliyi bu barədə Koreya Respublikasının prezident administrasiyasının nümayəndəsinə istinadla məlumat yayıb. Onun sözlərinə görə, prezident, lazım gəldiyi təqdirdə KXDR-in pilotsuz uçuş aparatlarının vurulmasını da əmr edib.

Xatırladaq ki, dekabrın 26-da Şimali Koreyaya məxsus beş PUA Koreya Respublikasının hava məkanına daxil olub. Onlardan biri Seula, digərləri isə Sarı dənizdəki Kanhvado adasınadək uçub. Cənubi Koreya tərəfinin məlumatına görə, pilotsuz uçuş aparatlarından biri KXDR-ə qayıda bilib, digərləri isə radarlardan itib. Seul buna cavab olaraq sərhədyanı bölgələrə kəşfiyyat vasitələri göndərib.

Administrasiya rəsmisi PUA hücumunun Prezident yanında Milli Təhlükəsizlik Şurasının toplanmasına səbəb olmadığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM