satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: “Qərb ATƏT-i təbliğat döyüşləri meydanına çevirib”

Lavrov: “Qərb ATƏT-i təbliğat döyüşləri meydanına çevirib”

Qərb ATƏT-i təbliğat döyüşləri meydanına çevirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Polşanın quruma sədrliyi təşkilatın işinin nəticələrini sıfıra endirib.

Rusiya XİN-in başçısı hesab edir ki, hazırda ATƏT-də işlər yaxşı getmir. O qeyd edib ki, təşkilat bərabərhüquqlu dialoq və əməkdaşlıq platforması kimi yaradılıb, lakin son illər “dərin böhran içərisindədir”.

Lavrovun fikrincə, Qərb ATƏT-i özünün kollektiv maraqlarını təşviq edən alət kimi qəbul edir və onu təbliğat döyüşləri meydanına çevirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM