satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ordusu Kiyevə raket zərbələri endirib

Rusiya ordusu Kiyevə raket zərbələri endirib

Rusiya ordusu strateji təyyarə və gəmilərdən atılan qanadlı raketlərlə Ukraynaya, eləcə də paytaxt Kiyevə müxtəlif istiqamətlərdən zərbələr endirib. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Kiyevin şimal-qərbində güclü partlayış səsləri eşidilib. Hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan raketlərdən birinin parçaları şəhərdəki yaşayış binasına düşüb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hazırda Rusiyanın taktiki təyyarələrinin yüksək fəallığı müşahidə olunur. Ölkənin bütün ərazilərində hava hücumundan müdafiə qüvvələri raket hücumlarının qarşısını almağa çalışır. Qara dəniz üzərində beş ədəd, Sumı vilayətində isə bir raket vurularaq zərərsizləşdirilib.

Ukrayna mediası, həmçinin Dnepr, Nikopol və Xarkov şəhərlərində də partlayış səslərinin eşidildiyini yazır. Məlumata görə, gecə saatlarında Xarkova hücum edən 13 “Şahed” kamikadze dronundan 11-i vurulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM