satellite   Azerspace-1: 11135 H 30000

Hulusi Akar: Türkiyənin məqsədi terrorçuluqla mübarizədir

Hulusi Akar: Türkiyənin məqsədi terrorçuluqla mübarizədir

Suriyada və regionda vəziyyətin ən qısa zamanda yaxşılaşdırılması, sülh, əmin-amanlıq və sabitliyin təmin edilməsi üçün nələr oluna biləcəyini müzakirə etdik.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Moskvada Türkiyə, Rusiya və Suriyanın müdafiə nazirləri və təhlükəsizlik qurumlarının rəhbərlərinin keçirdikləri toplantının nəticələri barədə danışan Türkiyə milli müdafiə naziri Hulusi Akar ifadə edib.

“Bizim toplantıda dilə gətirdiyimiz ən mühüm mövzulardan biri terrorla mücadilə oldu. Başda Suriya və İraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyimizi, əsas məqsədimizin terrorla mücadilə olduğunu, digər məqsədimizin olmadığını vurğuladıq. Suriya üçün də təhdid olan PKK/YPG və İŞİD kimi terror təşkilatlarının üzvlərini zərərsizləşdirməyi hədəflədiyimizi ifadə etdik”, - deyə nazir vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM