satellite   Azerspace-1: 11135 H 30000

NATO sammiti zamanı Vilnüs sakinlərinə şəhəri tərk etmək tövsiyə olunub

NATO sammiti zamanı Vilnüs sakinlərinə şəhəri tərk etmək tövsiyə olunub

Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcək NATO sammiti zamanı sakinlərə məzuniyyətə çıxmaq və şəhəri tərk etmək tövsiyə olunur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb şəhər rəhbərliyinin Vilnüsün mərkəzində və mərkəzə bitişik küçələrdə nəqliyyatın hərəkətinin iflic olacağından narahatlığıdır.

Bundan başqa, Litva hakimiyyəti hava limanında qonaqların gələcəyi təyyarələr üçün kifayət qədər yerin olmayacağından narahatdır.

Xatırladaq ki, NATO-nun növbəti sammiti gələn il iyulun 11-12-də Vilnüsdə keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM