satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə və Suriyanın hərbi qurumları arasında təmaslar davam edəcək

Türkiyə və Suriyanın hərbi qurumları arasında təmaslar davam edəcək

Türkiyə və Suriya yaxın günlərdə də hərbi qurumların xətti ilə təmaslarını davam etdirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TRT telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar Moskvada suriyalı həmkarı Əli Mahmud Abbasla danışıqların yekununda bildirib.

Dekabrın 28-də Moskvada son 11 ildə ilk dəfə Türkiyə və Suriyanın hərbi idarələrinin başçıları arasında görüş olub. Görüş Rusiya müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə üçtərəfli formatda keçirilib.

Moskva danışıqlarında əsasən terrorla mübarizə məsələsinin müzakirə olunduğunu deyən Hulusi Akarın sözlərinə görə, Ankara Suriya və İraq da daxil olmaqla qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, Kürdüstan Fəhlə Partiyasını (PKK) və onun Suriya qolunu (YPG), həmçinin İŞİD qruplaşmasını əsas təhlükə hesab edir.

Türkiyəli nazir danışıqların yekunlarına əsasən üçtərəfli görüşlərin davam etdirilməsi ilə bağlı razılığın əldə olunduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM