satellite   Azerspace-1: 11135 H 30000

Keçmiş Roma Papası XVI Benedikt vəfat edib

 Keçmiş Roma Papası XVI Benedikt vəfat edib

Roma Katolik Kilsəsinin keçmiş rəhbəri XVI Benedikt vəfat edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən 95 yaşlı Papa Benedikt bu gün Vatikanın “Mater Ecclesiae” monastırında dünyasını dəyişib. Yanvarın 2-də səhər saatlarından etibarən Papa XVI Benediktin nəşi Vatikanın Müqəddəs Pyotr Bazilikasında olacaq.

Qeyd edək ki, Papa Benedikt altı əsrdir mövcud olan bu vəzifədən 2013-cü ildə istefa verən ilk papa kimi tarixə düşüb. O, təqaüdə çıxdıqdan sonra Vatikandakı kilsələrin birində yaşayırdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM