satellite   Azerspace-1: 11135 H 30000

Şimali Koreya Şərq dənizi istiqamətində ballistik raket buraxıb

Şimali Koreya Şərq dənizi istiqamətində ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Şərq (Yapon) dənizi istiqamətində ballistik raket buraxıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.

Qərargahdan bildirilib ki, bu, Şimali Koreyanın son iki gün ərzində ikinci belə təxribatıdır.

Şimali koreyalı müşahidəçilər Seulun ötən həftə bərk yanacaqlı kosmik raketi sınaqdan keçirməsinə cavab olaraq Pxenyanın atəş gücünü göstərə biləcəyini söyləmişdilər. Növbəti gün isə KXDR Şərq dənizinə üç qısamənzilli ballistik raket atıb.

Hərbçilər hesab edirlər ki, bu, rəsmi Pxenyanın bir gün əvvəl Cənubi Koreyanın kosmik raket sınağına cavabı ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM