satellite   Azerspace-1: 11135 H 30000

Filippində daşqınlar nəticəsində ölənlərin sayı 49-a çatıb

Filippində daşqınlar nəticəsində ölənlərin sayı 49-a çatıb

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 49-a çatıb. Həmçinin 16 nəfər xəsarət alıb, 28 şəxs itkin düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Filippinin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının məlumatında qeyd olunub.

Daşqınlar respublikanın 10 rayonunda 553,9 mindən çox insanın həyatına təsir edib. Ölkədə 51,4 min insan təxliyə məntəqələrinə yerləşdirilib. Təbii fəlakət 4,5 min evə ziyan vurub. Ümumilikdə 95 infrastruktur obyektinə 20,4 milyon dollar dəyərində ziyan dəyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM