satellite   Azerspace-1: 11135 H 30000

Fransada Yeni il gecəsi iğtişaşlar zamanı 700-dək avtomobil yandırılıb

Fransada Yeni il gecəsi iğtişaşlar zamanı 700-dək avtomobil yandırılıb

Fransada Yeni il gecəsində iğtişaşlar zamanı polis 490 nəfəri saxlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri tviter hesabında paylaşım edib.

“2022-ci il ən az avtomobilin yandırıldığı, ən çox insanın həbs olunduğu il kimi yadda qaldı”, - deyə paylaşımda qeyd olunub.

Bayram gecəsində küçələrdə 90 min polis və jandarm xidmət aparıb. İğtişaşçılar 700-dək avtomobil yandırıblar.

Ötən Yeni il gecəsi Fransa küçələrində 441 nəfər saxlanılıb, 874 avtomobil yandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM