satellite   Azerspace-1: 11135 H 30000

Avstraliyada iki helikopter çimərlik üzərində toqquşub, ölənlər var

Avstraliyada iki helikopter çimərlik üzərində toqquşub, ölənlər var

Avstraliyanın Brisben şəhəri yaxınlığındakı “Gold Coast” çimərliyi üzərində iki helikopterin toqquşması nəticəsində ölənlər və xəsarət alanlar var.

Naxçıvan televiziyası İnformasiya Agentliyi ABC telekanalına istinadla xəbər verir ki, qəzanın baş verdiyi Kvinslend ştatının təcili yardım xidməti 13 nəfərin xəsarət aldığını bildirib.

Yerli vaxtla saat 14:00 radələrində baş vermiş qəza yerində hazırda xilasetmə xidmətinin əməkdaşları çalışırlar. Hadisə nəticəsində həlak olanların sayı barədə məlumat verilməyib.

Polis əməkdaşları hazırda qəzanın baş vermə səbəblərini aydınlaşdırırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM