satellite   Azerspace-1: 11135 H 30000

Ötən gecə Ukrayna Rusiyaya məxsus 39 PUA vurub

Ötən gecə Ukrayna Rusiyaya məxsus 39 PUA vurub

Ötən gecə Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyanın Kiyevə atdığı 39 “Şahed” pilotsuz uçuş aparatını, iki “Orlan-10”u və bir "Kh-59" idarəolunan hava raketini məhv edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri "Telegram"da məlumat yayıb.

"2023-cü il yanvarın 1-dən 2-nə keçən gecə Rusiya işğalçıları İran istehsalı olan "Şahed-131/136" kamikadze-dronları ilə kütləvi hücuma keçiblər. Hərbi Hava Qüvvələrinin və Ukrayna Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin birgə işi nəticəsində 39 hücum PUA-sı məhv edilib”, - məlumatda deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM