satellite   Azerspace-1: 11135 H 30000

Paşinyanın oğlu itkin düşüb - FOTOLAR

Paşinyanın oğlu itkin düşüb<font color=red> - FOTOLAR</font> Paşinyanın oğlu itkin düşüb<font color=red> - FOTOLAR</font>

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə yerli medianın gündəminə çevrilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, "Hraparak" qəzeti baş nazirin ailəsinin fotosunu dərc edərək balaca Paşinyanın yoxa çıxmasına diqqət çəkib.

"Baş nazirin həyat yoldaşı Anna Akopyan "Facebook" səhifəsində Nikol Paşinyanın Yeni il müraciətinə hazırlaşması ilə bağlı fotolar yerləşdirib. Fotoda onun üç qızı, eləcə də balaca oğlan əks olunub. Cütlüyün yalnız böyük oğlu Aşot gözə dəymir. Səhərdən "Facebook" istifadəçiləri Aşot Paşinyanın hara yoxa çıxması barədə yazır, bu diqqət çəkən amili müzakirə edirlər. Hətta belə zarafatlar da yazılır ki, fotodakı oğlan Aşotdur, sadəcə balacalaşıb",- nəşr yazıb.

Qeyd edək ki, müxalifətə məxsus bəzi saytlar Aşotun yeni ili ya xaricdə qeyd etdiyini, ya da başına bir iş gəldiyini yazıb. Əks təqdirdə ailənin bayram tablosundan kənarda qalmaq normal görünmür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM