satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Ordusu Xerson vilayətində irəliləyə bilib, ada azad olunub

Ukrayna Ordusu Xerson vilayətində irəliləyə bilib, ada azad olunub

Ukrayna Silahlı Qüvvələri Xerson şəhərinin Dnepr çayı sahilindəki Bolşoy Potemkinski adasını Rusiya işğalçılarından azad edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə xalq deputatı Oleksiy Qonçarenko teleqramda video paylaşıb.

“USQ Bolşoy Potemkinski adasını azad edib. Bu ada Xerson yanında Dneprin sağ və sol sahilləri arasında yerləşir”, - siyasətçi qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bilgini şərh etməsə də, “Ukrainska Pravda” nəşrinin hərbi mənbəyi həmin adanın hələ bayramöncəsi işğaldan azad olunduğunu bildirib.

Bununla belə, adanın dekabrın 15-nə olan vəziyyətə görə Rusiyanın nəzarəti altında olduğu bəlli idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM