satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan yollarında sutka ərzində 700 nəfərə yaxın insan xilas edilib

Qazaxıstan yollarında sutka ərzində 700 nəfərə yaxın insan xilas edilib

Qazaxıstan ərazisində pisləşən hava şəraiti (çovğun, görmə məsafəsinin pisləşməsi, buzlanma) ilə əlaqədar olaraq avtomobil yollarının 72 hissəsi bağlanıb, onlardan 40-ı respublika, 32-si isə vilayət əhəmiyyətlidir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, yollarda fövqəladə halların aradan qaldırılması üzrə respublika qərargahı yaradılıb. Analoji qərargahlar regionlarda (Abay, Akmola, Karaqanda, Jambil və Jetısu vilayətləri) da fəaliyyət göstərir. Keçid məntəqələrində 1000-dən çox avtomobil toplanıb.

Son sutka ərzində xilasedicilər tərəfindən 691 nəfər, o cümlədən 137 uşaq xilas edilərək təxliyə olunub, 145 ədəd texnika yedəyə alınıb. İnsanların təxliyəsi üçün yolların bağlı hissələrində müvəqqəti qızınma məntəqələri hazırlanıb.

Eyni zamanda “Air Astana” bütün ölkə ərazisində əlverişsiz meteoroloji şəraitə görə uçuşların ləngiməsi və təxirə salınmasının mümkünlüyü barədə xəbərdarlıq edib. Astana hava limanında 18 reys eniş, 12 reys isə uçuş üçün yubanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM