satellite   Azerspace-1: 11135 H 30000

Hulusi Akar: "Suriyada Rusiya ilə birlikdə həyata keçirdiyimiz patrul xidməti genişləndirilə bilər"

Hulusi Akar: "Suriyada Rusiya ilə birlikdə həyata keçirdiyimiz patrul xidməti genişləndirilə bilər"

"Suriyanın şimalında Rusiya ilə birlikdə həyata keçirdiyimiz patrul xidməti genişləndirilə bilər".

Naxçıvan televiziyası İnformasiya Agentliyi “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O söyləyib ki, Moskvada keçirilən üçtərəfli görüşdə həm Rusiya, həm də Suriya nümayəndələrinə Türkiyənin qətiyyətli mövqeyi çatdırılıb: “Danışıqlarımız davam edəcək. Ümid edirik ki, proses müsbət istiqamətdə inkişaf edəcək. Moskvada mövqeyimiz ölkəmizin, millətimizin maraqlarını müdafiə etməkdən ibarət idi".

Qeyd edək ki, dekabrın 28-də Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdə olub. Həmin gün H.Akar, H.Fidan, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM