satellite   Azerspace-1: 11135 H 30000

Sorğu: Fransızların əksəriyyəti 2023-cü illə bağlı olduqca bədbindirlər

Sorğu: Fransızların əksəriyyəti 2023-cü illə bağlı olduqca bədbindirlər

Fransa sakinlərinin əksəriyyəti 2023-cü illə bağlı olduqca bədbindirlər və bunun nə ölkə, nə də şəxsən onlar üçün əvvəlki ildən yaxşı olmayacağına inanırlar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, belə nəticələri “Elabe” sosioloji xidməti yanvarın 3-dən 4-dək 1000 nəfər arasında keçirilən sorğuya əsasən dərc edib.

“Ölkə üçün respondentlərin 50 faizinin fikrincə, 2023-cü il daha pis olacaq, 33 faizi bunun nə daha yaxşı, nə də pis, 8 faiz isə daha yaxşı olacağına inanır. Özlərinə gəldikdə, 34 faiz hər şeyin daha da pisləşəcəyini gözləyir, 38 faiz nə yaxşı, nə də daha pis, yalnız respondentlərin 16 faizi hər şeyin yaxşılaşacağına ümid edir”, – sorğuda bildirilir.

Respondentlərin əksəriyyəti (56 faizi) üçün alıcılıq qabiliyyəti ilə bağlı məsələlərin səlahiyyətli orqanlar tərəfindən həlli aktuallıq baxımından birinci yerdə qalır. 44 faiz daim xərcləri məhdudlaşdırmaq məcburiyyətində qaldıqlarını, yalnız 18 faiz isə ayın sonunadək pula qənaət etmək imkanı olduqlarını söyləyiblər. Respondentlərin 36 faizi sağlamlıq, 21 faizi isə pensiya ilə bağlı məsələlərdən narahatdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM