satellite   Azerspace-1: 11135 H 30000

Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

“Yerli vaxtla saat 06:20-də (Bakı vaxtı ilə 07:20) qatı duman səbəbindən boğazda hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb. Hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq", - məlumatda deyilir.

Meteoroloqlar daha əvvəl yanvarın 1-dən 6-dək Mərmərə dənizi, Bosfor və Dardanel boğazlarında güclü duman olacağı barədə xəbərdarlıq etmişdilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM