satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda beynəlxalq qaz konfransı keçiriləcək

İstanbulda beynəlxalq qaz konfransı keçiriləcək

Avropaya qaz tədarükçüləri və istehlakçılarının iştirakı ilə gələn ay İstanbulda beynəlxalq konfrans keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TRT telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fatih Dönməz deyib.

Nazir daha əvvəl bildirib ki, qarşıdakı görüşdə Avropaya təbii qazın nəqli üçün Türkiyə ərazisində enerji mərkəzinin (hab) yaradılması məsələsinin müzakirəsi planlaşdırılır. Onun sözlərinə görə, onun vasitəsilə təkcə Rusiya təbii qazının deyil, Türkiyəyə gələn digər ölkələrin enerji daşıyıcılarının da nəqli planlaşdırılır. Hazırda Türkiyə 12 ölkədən mavi yanacaq alır. Nazir həmçinin qeyd edib ki, Türkiyə hab daxilində bağlanacaq əməliyyatlara hər hansı məhdudiyyət və ya nəzarət tətbiq etmək niyyətində deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM