satellite   Azerspace-1: 11135 H 30000

Yens Stoltenberq: Rusiyanı düzgün qiymətləndirməmək təhlükəlidir

Yens Stoltenberq: Rusiyanı düzgün qiymətləndirməmək təhlükəlidir

Rusiyanı düzgün qiymətləndirməmək təhlükəlidir, NATO-nun daha çox əsgərə və silaha ehtiyacı var.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

“Prezident Vladimir Putinin Ukrayna ilə bağlı planının və məqsədlərinin dəyişdiyinə dair heç bir əlamət yoxdur. Rusiyanı düzgün qiymətləndirməmək təhlükəlidir”, - hərbi blokun baş katibi belə deyib.

O, həmçinin Şimali Atlantika Alyansının daha çox əsgərə və silah-sursata ehtiyacı olduğunu vurğulayıb.

Yanvarın 18-19-da Brüsseldə NATO Hərbi Komitəsinin iclası keçiriləcək. Alyans ölkələrinin silahlı qüvvələrinin baş qərargah rəislərinin iştirak edəcəyi iclasda Ukraynadakı münaqişə ilə bağlı “ilkin müşahidələr” və Kiyevə yardımın davam etdirilməsi məsələsi müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM