satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada yeni avtomobillərin satışı son 45 ilin minimumuna enib

Yaponiyada yeni avtomobillərin satışı son 45 ilin minimumuna enib

2022-ci ildə Yaponiyada yeni avtomobillərin satışı yarımkeçirici çatışmazlığı və hissələrin tədarükü ilə bağlı problemlər fonunda son 45 ilin ən aşağı səviyyəsinə düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Yaponiya Avtomobil Dilerləri Assosiasiyası və Kiçik Avtomobillər Assosiasiyasının cümə axşamı günü dərc etdiyi statistikada yer alıb. Avtomobil satışının azalması koronavirus pandemiyasının təsirləri ilə izah olunur.

Statistikaya əsasən, ötən il Yaponiyada ümumilikdə təxminən 4,2 milyon minik avtomobili satılıb. Bu da 1977-ci ildən bəri ən aşağı göstəricidir.

Ölkədə yeni avtomobillərin satışı ardıcıl olaraq dörd ildir ki, azalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM