satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda “Daşnaksütyun” Partiyası üzvlərinin evlərində axtarış aparılır

Ermənistanda “Daşnaksütyun” Partiyası üzvlərinin evlərində axtarış aparılır

İrəvan şəhərində və Verdibasar bölgəsində (Ararat) “Daşnaksütyun” Partiyasının üzvlərinin evlərində axtarış aparılır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Kristin Vardanyan bildirib.

Onun sözlərinə görə, saxlanılanlar barədə hələlik məlumat yoxdur. O bildirib ki, bütün bunlar siyasi məqsədli növbəti qanunsuz hərəkətlərdir.

“Daşnaksütyun” Partiyasının fəalı Qerasim Vardanyanın vəkili Benik Qalstyan isə deyib ki, onun müdafiə etdiyi şəxsin Qəmərli rayonundakı (Artaşat) evində də axtarış aparılır.

Vəkil bildirib ki, Q.Vardanyan dindirilməyə dəvət olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM