satellite   Azerspace-1: 11135 H 30000

Rusiya MN: Soledar şəhəri mühasirəyə alınıb

Rusiya MN: Soledar şəhəri mühasirəyə alınıb

Ukraynanın Soledar şəhəri Rusiya ordusu tərəfindən bloklanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Soledar Rusiya hava-desant qoşunları tərəfindən şimaldan və cənubdan bloklanıb, aviasiya düşmənin dayaq məntəqələrinə zərbələr endirir, hücum dəstələri şəhərdə döyüş aparır”, - Rusiya MN-in məlumatında qeyd olunub.

Qeyd edək ki, dünən gecə Rusiyanın "Vaqner" özəl hərbi təşkilatı Soledara nəzarəti ələ keçirdiyini açıqlayıb. Təşkilatın qurucusu Yevgeni Priqojin Soledara hücumda "Vaqner"dən başqa heç bir bölmənin iştirak etmədiyini açıqlayıb.

Rusiya MN isə yaydığı məlumatda Soledara hücumda Hava Desant Qoşunlarının iştirak etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM