satellite   Azerspace-1: 11135 H 30000

Erməni deputat: “Paşinyan hamını aldadır, itkin düşənlərin axtarışı aparılmır”

Erməni deputat: “Paşinyan hamını aldadır, itkin düşənlərin axtarışı aparılmır”

“Ermənistanda 44 günlük müharibə nəticəsində 200-ə yaxın itkin düşənin axtarışı 2022-ci ilin yanvarından dayandırılıb”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu “Joqovurd” nəşrinə açıqlamasında Ermənistan parlamentinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Taqui Tovmasyan deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı itkin düşənlərin axtarışı çoxdan başa çatıb və Ermənistanın Baş naziri Nikol Paşinyan ictimaiyyəti aldadır.

Xatırladaq ki, N.Paşinyan ötən gün keçirilən mətbuat konfransında itkin düşənlərin axtarışının davam etdirildiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM