satellite   Azerspace-1: 11135 H 30000

Kabildə partlayış nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb

Kabildə partlayış nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb

Bu gün Kabilin mərkəzində, Əfqanıstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı nəticəsində azı 7 nəfər həlak olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Əfqanıstandakı mənbələrə istinadla məlumat yayıb. Hadisə zamanı daha 10 nəfərin yaralandığı bildirilir.

Talibanın müvəqqəti hökumətinin rəsmi nümayəndəsinin tviter səhifəsində yerləşdirdiyi məlumata görə, terrorçu-kamikadze Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd göstərib. Mühafizə xidməti terrorçunu binanın qapısında aşkarlayıb, bundan sonra o, “özünü partladıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM