satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna, Polşa və Litva prezidentləri Lvovda birgə bəyannamə imzalayıb

Ukrayna, Polşa və Litva prezidentləri Lvovda birgə bəyannamə imzalayıb

Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski, Polşa Prezidenti Anjey Duda və Litva Prezidenti Qitanas Nauseda arasında görüş olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə Polşa Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları birgə Lyublin üçbucağı bəyannaməsi imzalayıblar.

Qeyd edək ki, Lyublin üçbucağı Ukrayna, Polşa və Litva arasında siyasi, iqtisadi və sosial əməkdaşlıq üçün üçtərəfli regional ittifaqdır. Məqsəd ölkələr arasında dialoqu gücləndirməkdir. Üçbucaq Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını dəstəkləyir. Üçtərəfli format üç ölkənin ənənələrinə və tarixi bağlarına əsaslanır. Müvafiq ümumi bəyannamə 2020-ci il iyulun 28-də Polşanın Lyublin şəhərində nazirlər tərəfindən imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM